Vladanka Andreyeva təyyarə qəzasında həlak olanların xatirəsini yad edib
Vladanka Andreyeva təyyarə qəzasında həlak olanların xatirəsini yad edibBMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi “FAO Azerbaijan” və UNDP-nin Azərbaycandakı nümayəndələri ilə birlikdə dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad ediblər. Allah rəhmət eləsin!", - paylaşımda qeyd olunub.
On behalf of @UNinAzerbaijan, our @UN Resident Coordinator together with @FAOAzerbaijan and @UNDPAzerbaijan representatives paid respect to the victims of the AZAL J2-8243 plane crash on 25 December.