Vitse-spiker: "Azərbaycan Gürcüstanda sabitliyin olmasında maraqlıdır"

Vitse-spiker: "Azərbaycan Gürcüstanda sabitliyin olmasında maraqlıdır" "Hər iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verir"
Xarici siyasət
10 Oktyabr , 2018 13:35
Vitse-spiker: Azərbaycan Gürcüstanda sabitliyin olmasında maraqlıdır
0 : 00
0 : 00

Tbilisi. 10 oktyabr. REPORT.AZ/ “Azərbaycan Gürcüstanda sabitliyin olmasında maraqlıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski azərbaycanlıların yığcam yaşadığı Marneulidə seçicilərlə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Xəzər dənizindən enerji resurslarının Avropa bazarlarına çatdırılmasında Gürcüstan böyük rol oynayır. Gürcüstan və Azərbaycan çox əhəmiyyətli layihələri birgə həyata keçirirlər. Hər iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verir”.

G.Volski bildirib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə mövcud münasibətləri qoruyub saxlayır və daha da inkişaf etdirir.

Vitse-spiker qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlı və digər millətlərin nümayəndələri ölkədə sabitlik və təhlükəsizliyin qorunub saxlanılmasının çox vacib olduğunu yaxşı bilirlər: “Gürcüstanın bütün vətəndaşları milli mənsubiyyətindən asılı olmayaraq, ölkənin təhlükəsiz gələcəyi üçün birgə çalışmalıdırlar”.

Qeyd edək ki, bu gün Marneulidə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvilinin seçicilərlə görüşü keçirilib. Tədbirdə Marneuli sakinləri ilə yanaşı, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun rəhbərliyi, parlament üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi