Vinçelli: “Prezident İlham Əliyevlə müsahibə konfransın ən yaxşı hissəsidir”

Vinçelli: “Prezident İlham Əliyevlə müsahibə konfransın ən yaxşı hissəsidir” “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın ən yaxşı tərəfi onun iştirakçılarının – dünyanın hər yerindən olan ekspert və alimlərin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyi ikinci
Xarici siyasət
3 May , 2023 17:10
Vinçelli: “Prezident İlham Əliyevlə müsahibə konfransın ən yaxşı hissəsidir”

“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın ən yaxşı tərəfi onun iştirakçılarının – dünyanın hər yerindən olan ekspert və alimlərin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyi ikinci sessiyadır”.

“Report” xəbər verir ki, bunu Şuşada keçirilmiş konfransın iştirakçısı, Roma Sapienza Universitetinin professoru Daniel Pomye Vinçelli deyib.

“Bu, müstəsna hadisədir. Dövlət başçısı vaxtının 3 saatını ölkənin xarici siyasəti ilə bağlı məsələlərdən bəhs etməyə, sonra isə suallarımızı cavablandırmağa həsr edib”, - o vurğulayıb.

D.Vinçelli qeyd edib ki, sessiyada əsas mövzular Ermənistanla sülh danışıqları, Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqlinin iki dəfə artırılması, həmçinin Azərbaycanın xarici siyasətinə ümumi baxış olub.

“Hesab edirəm ki, hər birimiz (konfrans iştirakçıları) Azərbaycanın çoxşaxəli xarici siyasət yürütməsindən çox məmnunuq”, - professor bildirib.

Son xəbərlər

Orphus sistemi