Yuxarı
    Bağlamaq

    Səfir Vilayət Quliyev Macarıstanın daxili işlər naziri və Budapeşt meri ilə görüşüb

    Səfir Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi barəsində məlumat verib

    Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu ölkənin daxili işlər naziri, general-polkovnik Şandor Piter və Budapeşt şəhərinin meri İştvan Tarloşla görüşüb. 

    Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

    Görüşlər zamanı ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban tərəfindən imzalanan "Azərbaycan ilə Macarıstan arasında strateji əməkdaşlıq haqqında birgə bəyannamə"dən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Budapeşt meri İştvan Tarloş tərəfindən imzalanan "Bakı Şəhər İcra Hakimiyyəti ilə Budapeşt şəhər meriyası arasında dostluq və əməkdaşlıq sazişi"ndən irəli gələn vəzifələr, qarşılıqlı əməkdaşlıq və işbirliyinin intensivləşdirilməsi yolları ətrafında müzakirələr aparılıb. 

    Macar rəsmilərinin xahişi ilə Vilayət Quliyev onlara bu il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi barəsində də ətraflı məlumat verib.

    Görüşlər zamanı qarşılıqlı səfərlər mövzusunda da fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi