Yuxarı

​Vaezi: "İran bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

İran və Azərbaycan əldə olunan razılaşmaların həyata keçirilməsi üçün səylərini gücləndirməlidir

Bakı. 3 iyun. REPORT.AZ/ İran və Azərbaycan liderlərinin siyasi iradəsi ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətli faktordur. Ona görə də ölkələr arasındakı əməkdaşlıq bütün sahələrdə inkişaf edərək dərinləşməlidir. "Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çərşənbə günü Tehranda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan artıq əldə olunan razılaşmaların həyata keçirilməsi üçün səylərini artırmalıdırlar.

O, həmçinin İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu da qeyd edib.

Nazir bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdəki həmrəylik və əməkdaşlıq regional təhlükəsizlik və sabitliyin təmin olunmasında təsirli rol oynayacaq.

Öz növbəsində X.Xələfov, Xəzəryanı ölkələri nümayəndələrinin görüşünün təşkili və 2016-cı ildə Tehranda Xəzər sammitinin keçirilməsi təşəbbüsünə görə İran tərəfinə minnətdarlığını bildirərək qeyd edib ki, İran və Azərbaycan mühüm sahilyanı dövlətlərdir və hazırkı görüş qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi