​Varşavada Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

​Varşavada Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib Azərbaycan prezidenti türkiyəli həmkarına münaqişənin nizamlanması istiqamətində atılan addımlarla bağlı məlumat verib.
Xarici siyasət
9 İyul , 2016 18:41
​Varşavada Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Bakı. 9 iyul. REPORT.AZ/ Varşavada Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub. 

"Report" Türkiyə mətbuatına istinadən xxəbər verir ki, görüş NATO sammiti çərçivəsində baş tutub.

Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Türkiyə arasındakı ikitərəfli əlaqələri, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edib.

Azərbaycan prezidenti türkiyəli həmkarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan addımlarla bağlı məlumat verib. 

Son xəbərlər

Orphus sistemi