Vaja Lordkipanidze: "Heydər Əliyev Gürcüstana olduqca isti münasibət bəsləyirdi"

Vaja Lordkipanidze: "Heydər Əliyev Gürcüstana olduqca isti münasibət bəsləyirdi" "Heydər Əliyevlə görüşmək və danışmaq şərəfinə layiq olmuşam. O, tələbkar insan idi, hər zaman Gürcüstanla bağlı məsələlərə olduqca isti münasibət bəsləyirdi".
Xarici siyasət
10 May , 2022 23:29
Vaja Lordkipanidze: Heydər Əliyev Gürcüstana olduqca isti münasibət bəsləyirdi
Vaja Lordkipanidze

"Heydər Əliyevlə görüşmək və danışmaq şərəfinə layiq olmuşam. O, tələbkar insan idi, hər zaman Gürcüstanla bağlı məsələlərə olduqca isti münasibət bəsləyirdi".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri Vaja Lordkipanidze Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Gələcəyə aparan yol” adlı sərginin açılış mərasimində deyib.

Onun sözlərinə görə, H.Əliyev Gürcüstana münasibətdə həmişə xoşməramlı olub:

"Arzu edirəm ki, gələcək nəsillərimiz Əliyev və Şevardnadze arasında olan münasibətər kimi münasibətlər qura bilsin. İki lider hər zaman qeyd edirdilər ki, qarşılıqlı güzəşt onların prinsipi idi. Məhz Heydər Əliyevin qərarı ilə enerji layihələri Gürcüstan ərazisindən keçdi. Eduard Şevardnadze də bunu hər zaman vurğulayırdı. Heydər Əliyev cəsarətli idi və bu qərarı ilə risk edirdi".

Sabiq baş nazir deyib ki, H.Əliyev Azərbaycan-Gürcüstan münasibətlərinin davam etdirilməsini vəsiyyət edib: "Çox şadam ki, bu xətti Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir və Gürcüstan da Azərbaycanla strateji tərəfdaşlığa böyük dəyər verir".

Son xəbərlər

Orphus sistemi