ÜST Azərbaycanda koronavirusa hazırlıq işlərini müsbət qiymətləndirib

ÜST Azərbaycanda koronavirusa hazırlıq işlərini müsbət qiymətləndirib “Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru tərəfindən dövlətimizin başçısına məktub ünvanlanmışdır və bu məktubda da Azərbaycan tərəfindən həyata keçirilən işlər nümunəvi olaraq qiymətləndirilmişdir”.
Xarici siyasət
196
8 Aprel , 2020 17:33
ÜST Azərbaycanda koronavirusa hazırlıq işlərini müsbət qiymətləndirib

“Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru tərəfindən dövlətimizin başçısına məktub ünvanlanmışdır və bu məktubda da Azərbaycan tərəfindən həyata keçirilən işlər nümunəvi olaraq qiymətləndirilmişdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

“Hətta dünya dövlətlərinə xitabən təqdim olunan fəaliyyətlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan Respublikası tərəfindən qabaqlayıcı tədbirlər olaraq artıq həyata keçirilmişdir. Elə bu gün də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yeni bir bəyanatla çıxış edilmiş və Azərbaycana münasibətdə, Azərbaycanda koronavirus xəstəliyinə qarşı olan hazırlıq işləri müsbət qiymətləndirilmişdir və xüsusi olaraq buna xitab edilmişdir”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi