UNICEF Azərbaycanın uşaqlarla bağlı gördüyü işləri yüksək qiymətləndirir

UNICEF Azərbaycanın uşaqlarla bağlı gördüyü işləri yüksək qiymətləndirir "UNICEF uşaqların sağlam gələcəyinin, onların müdafiəsinin həm Azəbaycanda, həm də dünyada davam etdirilməsi üçün çalışır".
Xarici siyasət
18 Noyabr , 2021 12:31
UNICEF Azərbaycanın uşaqlarla bağlı gördüyü işləri yüksək qiymətləndirir

"UNICEF uşaqların sağlam gələcəyinin, onların müdafiəsinin həm Azərbaycanda, həm də dünyada davam etdirilməsi üçün çalışır".

"Report" xəbər verir ki, bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yua Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən görülən işlər yüksək dəyərləndirilir: "Bu gün uşaqlara yatırılan sərmayə Azərbaycanın gələcəyinə yatırılan sərmayədir. Uşaqlar və yeniyetmələr bizə kömək edə bilər".

"UNICEF uşaqların müdafiəsinə çalışır. Ona görə də uşaqların fikirlərini öyrənmək üçün buradayıq. Bütün dünyada, eləcə də Azərbaycanda birgə fəaliyyət istiqamətlərində uşaqlara dəstək ola bilərik”, - Min Yua qeyd edib.

Son xəbərlər

Orphus sistemi