UNİCEF-in nümayəndəsi Azərbaycandakı missiyasını başa vurur

UNİCEF-in nümayəndəsi Azərbaycandakı missiyasını başa vurur Diplomat karyerasını Cenevrədə davam etdirəcək
Xarici siyasət
27 May , 2016 12:27
UNİCEF-in nümayəndəsi Azərbaycandakı missiyasını başa vurur

Bakı. 27 may. REPORT.AZ/ UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Bakıdakı diplomatik missiyasını başa vurur.

"Report" xəbər verir ki, bu barədə A.Şilakadze özü məlumat verib. 

Onun sözlərinə görə, o, Azərbaycandakı 2 illik missiyasını başa vurur və öz karyerasını UNESCO-nun Cenevrədəki regional ofisində qaçqın və miqrant böhranı məsələləri üzrə baş fövqəladə mütəxəssisi qismində davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi