Bu gün Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda plenar sessiya keçirilir.
“Report” xəbər verir ki, plenar sessiyada çıxış edən UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos dünya liderlərini və qlobal təşkilatları qlobal problemlərin həlli üçün birləşməyə çağırıb.
“Müxtəlif cəmiyyətlərdə parçalanmalar var. Başqalarının üzləşdiyi problemləri başa düşmək üçün çalışmalıyıq”, - o bildirib.
Qeyd edək ki, plenar sessiyanın moderatoru Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru, professor Mayk Hardidir.