UN-HABITAT əməkdaşı: “Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmağı çox istəyirlər”

UN-HABITAT əməkdaşı: “Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmağı çox istəyirlər” “Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmağı çox istəyirlər”.
Xarici siyasət
5 Oktyabr , 2022 16:14
UN-HABITAT əməkdaşı: “Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmağı çox istəyirlər”

“Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmağı çox istəyirlər”.

Bunu "Report"a BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İraq üzrə əməkdaşı Anna Soave bildirib.

Onun sözlərinə görə, İraqda və Azərbaycanda münaqişədən sonrakı mərhələdə infrastrukturun bərpası prosesi çox fərqlidir: “Əsas fərq odur ki, İraqda biz insanların qismən yaşadığı əraziləri bərpa edirdik. Evlərin çoxu dağıdılıb, lakin insanların hələ də sənədləri var idi və onlar bu ərazilərə qayıtmaq istəyirdilər. Azərbaycanda da insanlar öz torpaqlarına qayıtmağı çox istəyirlər və onların qayıdış proqramı haqqında eşidəndə çox sevindim”.

A.Soave qeyd edib ki, müharibədən çıxan ölkələr arasında münaqişədən sonrakı mərhələdə infrastrukturun bərpası üzrə təcrübə mübadiləsinin aparılması faydalı olardı.

Son xəbərlər

Orphus sistemi