Ukrayna və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Ukrayna və Azərbaycan prezidentləri arasında telefon danışığı olub Petro Poroşenko Azərbaycan Prezidentini Ukraynaya rəsmi səfərə dəvət edib
Xarici siyasət
9 Noyabr , 2016 20:48
Ukrayna və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Bakı. 9 noyabr. REPORT.AZ/ Ukrayna Prezidenti Petro Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

"Report" Ukrayna Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi 9 noyabr Dövlət Bayragı Günü münasibətilə təbrik edib.  

Tərəflər danışıqlar zamanı iyulun 14-də Bakıda keçirilmiş görüşün nəticələrindən məmnunluqlarını ifadə ediblər. Ukraynanın dövlət başçısı Azərbaycan Prezidentinə bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Dövlət başçıları həmçinin BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Petro Poroşenko İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib. 

Son xəbərlər

Orphus sistemi