Ukrayna səfirliyinə ölkənin şərqində azərbaycanlıların itkin düşməsinə dair müraciət daxil olmayıb

Ukrayna səfirliyinə ölkənin şərqində azərbaycanlıların itkin düşməsinə dair müraciət daxil olmayıb Mişenko: "Ukraynın şəqr regionunda təhlükəsizliyi təmin etmək imkanları məhduddur"
Xarici siyasət
5 Noyabr , 2014 16:35
Bakı. 5 noyabr. REPORT.AZ/ Ukrayna səfirliyinə ölkənin şərqində azərbaycanlıların itkin düşməsinə dair heç bir müraciət daxil olmayıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə bu gün Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko mətbuat konfransında bildirib. 
Səfir, jurnalistlərin suallarını şərh edərkən bildirib ki, Ukraynanın Azərbaycandakı səfirliyinə Azərbaycan vətəndaşlarının Ukraynada itkin düşməsinə dair rəsmi Bakıdan yaxud vətəndaşların qohumlarından heç bir rəsmi müraciət və ya sorğu daxil olmayıb.

Səfir qeyd edib ki,  "Ukraynın şərq regionunda təhlükəsizliyi təmin etmək imkanları məhduddur". O, ölkənin bu hissəsində separatçıların özbaşınalığı səbəbindən heç bir təhlükəsizlik təminatının verilə bilmədiyini vurğulayıb.  

Mişenko bildirib ki, belə bir müraciət olunduğu zaman Ukraynanın Azərbaycandakı səfirliyi həmin məsələni həll etmək üçün bütün mümkün tədbirlərə əl atacaq.

Son xəbərlər

Orphus sistemi