Ukrayna səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Ukrayna səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" Aleksandr Mişenko: "Azərbaycan və Ukraynanın ortaq problemi ərazisinin bir hissəsinin işğal edilməsidir"
Xarici siyasət
20 Oktyabr , 2016 12:56
Ukrayna səfiri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ukraynanın ortaq problemi var. Bu, ölkələrimizn ərazilərinin bir hissəsinin işğal edilməsidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Səfir Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzliyini vurğuladığını xatırladıb. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", - deyə A.Mişenko bildirib.

Səfir əlavə edib ki, Ukrayna hazırda torpaqlarının azad edilməsi üçün hərbi gücünü artırır.

Son xəbərlər

Orphus sistemi