Ukrayna-Azərbaycan ortaq media platforması yaradılır

Ukrayna-Azərbaycan ortaq media platforması yaradılır Kiyevdə “Ukrinform” İnformasiya Agentliyində “Ukrayna-Azərbaycan: əməkdaşlığın perspektivləri” adlı beynəlxalq dəyirmi masa keçirilib.
Xarici siyasət
273
11 İyun , 2021 09:19
Ukrayna-Azərbaycan ortaq media platforması yaradılır

Kiyevdə “Ukrinform” İnformasiya Agentliyində “Ukrayna-Azərbaycan: əməkdaşlığın perspektivləri” adlı beynəlxalq dəyirmi masa keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Evgeniy Androşukun moderatorluq etdiyi tədbirdə Ukrayna Ali Radasının deputatları, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədr müavinləri Marian Zablotskiy, Lyudmila Marçenko, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov, “BİZNES” jurnalının şef-redaktoru Vladimir Çepovoy, “Caspian Service” kampaniyasının direktoru Viktoriya Neroda, tanınmış jurnalist Yuriy Koçevenko, Ukraynada tanınmış azərbaycanlı jurnalist-rejissor Fuad Əliyev, “SOCAR Energy Ukraine”nin baş direktor müşaviri Zinaida Kukina, "Caspian service" şirkətinin satış üzrə direktoru Viktoriya Neroda, yerli media nümayəndələri, o cümlədən Azərbaycandan onlayn bağlantı ilə Milli Məclisin Ukrayna ilə parlamentlərarası İşçi qrupunun rəhbəri Rüfət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Ruslan Quliyev, politoloq Teymur Atayev, “Qafqazın tarixi” mərkəzinin rəhbəri Rizvan Hüseynov iştirak ediblər.

E. Androşuk xatırladıb ki, bu tədbir ikinci Dəyirmi masadır və ilk dəfə 2020 - ci ilin oktyabrında Azərbaycanın 44 günlük Vətən müharibəsi ərəfəsində Kiyevdə baş tutub. O, bu kimi tədbirlər ilə iki ölkə arasında əsasən də informasiya sahəsində əməkdaşlığın gücləndirilməsinə hədəfləndiyini bildirib. Deputat M.Zablotskiy isə deyib ki, Ukrayna hər zaman birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: “Həmçinin də Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyib. Odur ki, bu iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün böyük potenasial var”.

Evgeniy Androşuk
Evgeniy Androşuk

Deputat L. Marçenko isə Ukraynada azərbaycanlı tələbələrin fəallığından danışaraq təhsil sahəsində aparılacaq işlərin böyük potensialı olduğunu önə çəkib. Z. Kukina “SOCAR Energy Ukraine” şirkətinin nəinki bu ölkədə sərmayə qoyduğunu, eyni zamanda sosial layihələri də gücləndirdiyini xatırladaraq, təmsil etdiyi şirkətin ikitərəfli münasibətlərə töhfədə daim fəal olacağını bildirib.

Lyudmila Marçenko
Lyudmila Marçenko

Tədbir iki ölkə arasında media körpüsü üzrə konkret təkliflərlə davam edib. H.Cavadov iki ölkə arasında münasibətlərin yaxınlığını, müxtəlif səviyyələrdə qarşılıqlı dəstəyi xatıladaraq informasiya mübadiləsi və təhlükəsizliyi üçün konkret addımlar atmağın zamanı çatdığını qeyd edib. O, münasibətlərə xələl vura biləcək dezinformasiyanın qarşısının alnması, eyni zamanda informasiya mübadiləsinin gücləndirilməsi üçün ortaq media platformasının yaradılmasının vacibliyini vurğulayıb.

Ukrayna media təmsilçiləri bu fikirləri dəstəkləyərək təkliflərin vacibliyini şərh ediblər. Fuad Əliyev Azərbaycan mediasının Kiyevdə təmsilçiliyini nümunə çəkərək eyni addımların Ukrayna tərəfdən Azərbaycanda atılmasının zəruriliyini bildirib. O, iki ölkə arasında media əməkdaşlığının zəif olmasını qeyd edib, bu problemin tezliklə həllinin vacibliyini diqqətə çatdırıb.

Y. Androşuk Ukraynanın Azərbaycanda media təmsilçiliyinin aktivləşdirilməsi, ortaq media platforması üçün konkret addımların atılmasından ötrü yerli media qurumları ilə müzakirələr aparacaqlarını bildirib.

Politoloq, Diaspor Komitəsinin eksperti Teymur Atayev iki ölkə arasında ortaq media platformasının əhəmiyyətindən danışıb. F.Əliyev və T.Atayev “Report” İnformasiya Agentliyinin Şərqi Avropa ölkələri, xüsusilə Ukrayna üzrə fəalığını da nümunə gətirərək media platformasının vacibliyinin qaçılmaz olduğunu deyib. Digər çıxışçılar V.Çepovoy, V.Neroda Y.Koçevenko, R.Hüseynov və başqaları da mövzu ətrafında fikirlərini bildirirək konkret təkliflər irəli sürüblər.

Tədbir iştirakçıları Dəyirmi masanın yerli media nümayəndələrinin daha geniş tərkibdə iştirakı ilə davam edəcəyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi