Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
"Report" xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclas ilə bağlı açıqlama verib.
“İlk olaraq bunun üç ölkənin beynəlxalq münasibətlər üzrə komitələrinin, onlayn rejimdə keçirilən ilk iclası olduğunu, ümumilikdə müvəffəqiyyətlə keçirilən iclasın təşkili üçün təşəbbüskar tərəf kimi Azərbaycana minnətdarlığın bildirildiyini qeyd etmək istərdim. İclasda mövcud pandemiya dövründə məhdud imkanlar şəraitində üçtərəfli əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparıldı. Hər üç ölkənin komitə sədri çıxış edərək mövcud şərait ilə bağlı, ölkəsindəki məsələləri diqqətə çatdırdı. Öz növbəmdə, Prezident
O qeyd edib ki, iclasda həmçinin parlamentin yalnız beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deyil, eləcə də səhiyyə, mədəniyyət, sosial məsələlər üzrə komitələrinin, hətta gələcəkdə üçtərəfli parlamentlərarası görüşlərinin keçirilməsi məsələsi də müzakirə edilib: "Müzakirə edilən mühüm məsələlərdə biri də ciddi müzakirə obyektinə çevrilən işğal altında olan ərazilərimizdə qeyri-qanuni seçkilərin keçirilməsi oldu. Hər iki həmkarım müddəalarında ölkənin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, dövlətin suverenliyini ehtiva edilən 18-ci il Ankara protokolunu dəstəklədi. Eyni zamanda işğal olunmuş ərazilərdə keçirilmiş “seçkilər” ilə bağlı bəyanatı bir daha vurğuladıq, bunun dünya ictimaiyyətinə çatdırılmasının borcumuz olduğunu bildirdik. Bu məsələ üzrə də hər üç ölkənin komitə sədrləri razılığa gəldi. Ölkələrimiz arasında əlaqələrin ümumi şəkildə inkişafı da aparılan müzakirə və fikir mübadiləsində öz əksini tapdı".
"Azərbaycan-Gürcüstan-Türkiyə arasında enerji layihələrinin, Bakı-Tbilisi-Qars dəmir yolunun daha operativ və səmərəli inkişafı, eləcə də üç ölkə arasında əlaqələrin genişlənməsi məsələləri müzakirə obyektinə çevrildi. Həmçinin beynəlxalq təşkilatlarda da birgə fəaliyyət göstərmə məsələsini də gündəmə gətirdik. Mən xüsusilə həm Türkiyə, həm Gürcüstana, həm də Azərbaycana qarşı tamamilə əsassız müdaxilələrin, təsirlərin qarşısını almaq üçün birgə fəaliyyət göstərməli olduğumuzu qeyd etdim. Bu qeyd də həmkarlarım tərəfindən müsbət qarşılandı. Biz postpandemiya dövründə sərhədlərin açılması ilə turizmin inkişafı, gələcək münasibətlərimiz ilə bağlı müzakirələr də apardıq. Görüşün sonunda Türkiyənin Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri cənab Volkan Bozkırın dəvəti ilə növbəti görüşün gələn il Ankarada keçirilməsinə dair razılığa gəldik”, - S.Seyidov vurğulayıb.