Türkmənistan ilk dəfə Bakıda TTM platformasında türk iqtisadi birliyinə qoşulub

Xarici siyasət
  • 25 aprel, 2025
  • 15:47
Türkmənistan ilk dəfə Bakıda TTM platformasında türk iqtisadi birliyinə qoşulub

Bakıda Türk Ticarət Mərkəzinin (TTM) açılışı Türkmənistanın iştirak etdiyi ilk iqtisadi tədbir olub.

“Report” xəbər verir ki, bunu TTM-nin direktoru Yılmaz Okuklu deyib.

"Bu gün Türkmənistan ilk dəfə, qismən də olsa, məhz Azərbaycanda türk ölkələrinin dünya iqtisadi birliyinə qoşulub”, - o vurğulayıb.

Tədbir "Türk Obası" mədəniyyət mərkəzində keçirilir, burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonları açılıb.