Türkiyənin UNESCO-dakı nümayəndəsi: Türk dilinin BMT-də rəsmi dil kimi qəbul olunmasına çalışmalıyıq

Türkiyənin UNESCO-dakı nümayəndəsi: Türk dilinin BMT-də rəsmi dil kimi qəbul olunmasına çalışmalıyıq BMT-də sadəcə 6 dildə danışmağa icazə var. Türk dünyası olaraq böyük bir coğrafiyanı əhatə edən türk dilinin BMT-nin 7-ci rəsmi dili kimi qəbul olunmasına çalışmalıyıq.
Xarici siyasət
14 Mart , 2024 10:54
Türkiyənin UNESCO-dakı nümayəndəsi: Türk dilinin BMT-də rəsmi dil kimi qəbul olunmasına çalışmalıyıq

BMT-də sadəcə 6 dildə danışmağa icazə var. Türk dünyası olaraq böyük bir coğrafiyanı əhatə edən türk dilinin BMT-nin 7-ci rəsmi dili kimi qəbul olunmasına çalışmalıyıq.

“Report”un xəbərinə görə, bunu UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun fikrincə, türk dilinin ortaq bir ləhcənin yaradılmasına nail olunmalıdır: “Düşünürəm ki, türkdilli xalqlar olaraq heç bir təcüməçiyə ehtiyac olmadan ünsiyyət qurmağı bacarmalıyıq. Türk xalqı böyük bir çinar ağacıdır və bu ağacın daha da böyüməsi üçün sözügedən addımlar atılmalıdır. Çünki birlikdən qüvvət doğar və həmin gücə sahib olmaq üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi