Türkiyə səfiri Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidentini təbrik edib

Xarici siyasət
  • 12 dekabr, 2023
  • 09:23
Türkiyə səfiri Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidentini təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti təyin olunması münasibətilə Aktoti Raimkulovanı ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Səfir Türkiyə olaraq TDT çərçivəsindəki Fondun fəaliyyətlərini dəstəkləməyə davam edəcəklərini və birgə layihələrdə əməkdaşlıq edəcəklərini bildirib və Aktoti Raimkulovaya yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl fondun prezidenti Günay Əfəndiyeva olub.

Son xəbərlər

Bütün Xəbər Lenti