Türkiyənin ombudsmanı dünyada baş verən haqsızlıqlara qarşı birləşməyə çağırıb

Türkiyənin ombudsmanı dünyada baş verən haqsızlıqlara qarşı birləşməyə çağırıb “Türkiyə ilə Azərbaycan arasındakı əlaqə dostluq üzərində qurulub. Hər iki dövlətin xalqları arasında ticarət, iqtisadi, mədəni əlaqələrlə yanaşı, sevgi bağlılığı da mövcuddur”.
Xarici siyasət
18 İyun , 2019 13:11
Türkiyənin ombudsmanı dünyada baş verən haqsızlıqlara qarşı birləşməyə çağırıb

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqə dostluq üzərində qurulub. Hər iki dövlətin xalqları arasında ticarət, iqtisadi, mədəni əlaqələrlə yanaşı, sevgi bağlılığı da mövcuddur”.

"Report"un məlumatına görə, bunu Türkiyənin baş ombudsmanı Şeref Malkoç “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada ədalətin bərqərar olunmasında ombudsmanların xüsusi rolu var: “Türkiyədə ombudsmanların verdiyi qərar önəmli rol oynayır və bu qərarların 70 faizi icra edilir. Biz verdiyimiz qərarların icrasını təqib edirik. Bilirsiniz ki, dünyada haqsızlıqlar hökm sürür. Bunun həlli yolu isə ədalətdən keçər. Bu baxımdan, ombudsmanların toplaşaraq birgə məsələləri həll etməsi vacibdir. Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa, onda ədalət daha tez bərpa olar. Bu haqsızlıqları bərabər aradan qaldırmalıyıq”.

“Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bu problemi beynəlxalq qurumlar həll etməlidirlər, ancaq etmək niyyətləri yoxdur”, - Ş.Malkoç əlavə edib.

Son xəbərlər

Orphus sistemi