Türkiyənin ombudsmanı Azərbaycana gəlib

Xarici siyasət
  • 14 sentyabr, 2021
  • 13:45
Türkiyənin ombudsmanı Azərbaycana gəlib

Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Azərbaycana səfərə gəlib.

Bu barədə “Report”a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Ş.Malkoç sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü tədbirlərində iştirak edəcək.