Türkiyənin baş naziri sabah Bakıya rəsmi səfərə gələcək

Türkiyənin baş naziri sabah Bakıya rəsmi səfərə gələcək O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək
Xarici siyasət
13 Mart , 2018 17:00
Türkiyənin baş naziri sabah Bakıya rəsmi səfərə gələcək

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildiriblər.

O, Azərbaycan Prezidenti İlham ƏliyevMilli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək. 

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində keçiriləcək “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.

B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.

Baş naziri Bakıya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi