Yuxarı
    Bağlamaq

    Türkiyənin baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub

    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayılar

    Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.

    "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayıblar.

    Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verib.

    Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

    Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Baş nazir Binəli Yıldırım Azərbaycan əsgərlərini salamlayıb. 

    Azərbaycanın dövlət və hökumət nümayəndələri baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və baş nazir Binəli Yıldırımın qarşısından keçib.

    Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi