Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb

Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb "Azərbaycan coğrafi mövqeyinə görə hər zaman böyük güclərin diqqət mərkəzində olub. Lakin bunlara baxmayaraq, böyük mədəni irs yarada bilib".
Xarici siyasət
5 Dekabr , 2023 12:01
Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb

"Azərbaycan coğrafi mövqeyinə görə hər zaman böyük güclərin diqqət mərkəzində olub. Lakin bunlara baxmayaraq, böyük mədəni irs yarada bilib".

"Report" xəbər verir ki, bunu Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın izləri mütəmadi olaraq məhvə məruz qoyulub.

"Evliya Çələbinin yazdığına görə, 15-ci əsrdə İrəvan Xanlığı yaradılıb və əhalisi azərbaycanlılardan ibarət olub. Bu gün tarixi İrəvan qalası ermənilər tərəfindən tamamilə dağıdılsa da, həmin qalanın qalıqları 18 əsrə qədər gəlib çıxıb. İrəvan Xanlığı haqqında xarici mənbələrdə, eyni zamanda erməni mənbələrində də kifayət qədər məlumatlar var. Səyyahların bu ərazilər barədə yazdıqlarına baxsaq, görərik ki, bura çox vacib region olub. Fransız səyyahlar 17-ci əsrdə İrəvan Xan Sarayını çox detallı şəkildə təsvir ediblər və o əsərlərdə ermənilərin adı ümumiyyətlə çəkilmir. Bütün bu tarixi sənədlər deməyə imkan verir ki, İrəvan tarixən türk torpağı olub. Lakin həm İran, həm də Rusiya Cənubi Qafqazda xristian dövlətinin yaradılmasında maraqlı olublar və Çar Rusiyası həmin ərazilərə Anadoludan və İrandan ermənilərin köçürülməsinə başlayıblar. Bununla da sözügedən ərazilərdəki türklərin Qərbi Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb və 20-ci ərsdə kütləvi deportasiyalar vüsət alıb", - professor vurğulayıb.

Son xəbərlər

Orphus sistemi