Türkiyəli ekspert: “Qarabağda məğlub olan ermənipərəstlər ABŞ-ın “Demokratiya sammiti”ndə Azərbaycanı yox, Ermənistanı görmək istəyirlər”

Türkiyəli ekspert: “Qarabağda məğlub olan ermənipərəstlər ABŞ-ın “Demokratiya sammiti”ndə Azərbaycanı yox, Ermənistanı görmək istəyirlər” “Ermənistanın qərbli müttəfiqləri, xüsusilə ABŞ və Fransadakılar Cənubi Qafqazı istədikləri kimi dizayn edə bilmədiklərinə görə, Qarabağda məğlubiyyət psixologiyası yaşayırlar. Buna görə də ABŞ keçirəcəyi növbəti antidemokratik “Demokratiya sammiti”ndə ye
Xarici siyasət
25 Mart , 2023 17:21
Türkiyəli ekspert: “Qarabağda məğlub olan ermənipərəstlər ABŞ-ın “Demokratiya sammiti”ndə Azərbaycanı yox, Ermənistanı görmək istəyirlər”

“Ermənistanın qərbli müttəfiqləri, xüsusilə ABŞ və Fransadakılar Cənubi Qafqazı istədikləri kimi dizayn edə bilmədiklərinə görə, Qarabağda məğlubiyyət psixologiyası yaşayırlar. Buna görə də ABŞ keçirəcəyi növbəti antidemokratik “Demokratiya sammiti”ndə yenə də Azərbaycanı yox, Ermənistanı görmək istəyir”.

Bunu “Report”un Ankara bürosuna Ankara Sosial Elmlər Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə ekspert Dr. Gökberk Durmaz ABŞ-da keçiriləcək “Demokratiya sammiti”nə Azərbaycanın dəvət edilməməsini şərh edərkən bildirib.

Ekspert bir çox hallarda insan haqları pozuntusuna yol verən bu ölkələrin insan haqları ilə bağlı tədbirlər təşkil etməsini, hesabatlar dərc etməsini “tragikomik hal” adlandırıb: “ABŞ-ın demokratiya haqqında dedikləri ilə etdikləri arasında dağlar qədər fərq var. Daxili siyasətlərində eks-prezident Donald Trampa qarşı təzyiq etmək üçün qanunsuzluğa yol verirlər. İraq, Əfqanıstan kimi ölkələrdə “demokratik əməliyyatları” göz önündədir. Bu cür fəaliyyətlərlə postsovet dünyasını formalaşdırma cəhdləri də puç oldu deyə onların artıq heç bir etibarı qalmayıb. Odur ki, “Demokratiya sammiti” kimi tədbirləri də ciddi qəbul etmək doğru olmaz”.

Hazırda Azərbaycanda yaşayan milli azlıqlar və digər dini inanclara mənsub olan insanların ölkəmizdə tolerantlıq çərçivəsində qəbul edildiyini vurğulayan ekspert deyib ki, bununla müqayisədə Ermənistanın Qarabağı işğalı zamanı müsəlmanlara qarşı törətdiyi qətliamları, mütəmadi hücumları, işğal etdiyi torpaqlarda yol verdiyi vəhşilikləri “Demokratiya sammiti”nin görməzdən gəlməsi anormal haldır: “Demokratiya sammiti” Ermənistandakı hansı demokratiyadan danışa bilər?”

Ekspertin fikrlərinə görə, Türkiyənin son illərdə imperialist qüvvələrə qarşı müqaviməti və müstəqil kurs müəyyən etməsi ermənipərəst qərblilərin maraqlarına zidd olduğu üçün onları “qəzəbləndirib”.

G.Durmaz “Demokratiya sammiti”nə Azərbaycanla yanaşı Türkiyə və Macarıstanın da dəvət edilmədiyini daha bir məqamla əlaqələndirib: “Son zamanlarda türk dünyasında ortaya çıxan irəliləyişlərin ermənipərəst qüvvələrin narahatlığına səbəb olduğu açıq-aydın ortadadır. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi və bu birliyin türk dünyasına əks olunaraq genişlənməsi Ermənistanı və qərbli müttəfiqlərini tədirgin edib. Eynilə Macarıstanın da türklüyü ön plana çıxararaq həyata keçirdiyi müstəqil siyasət Avropa İttifaqı və ABŞ tərəfindən sözün əsl mənasında qəbul edilmir”.

Ekspert Türkiyənin son illərdə imperialist qüvvələrə qarşı müqaviməti və bu istiqamətdə müstəqil kurs müəyyən etməsinə də diqqət çəkib: “Rəsmi Ankaranın bu siyasəti ermənipərəst qərblilərin maraqlarına ziddir. Ancaq bütün cəhdlərə baxmayaraq, türk dövlətlərinin “qızıl alma”ya - bütövləşən türklüyə doğru gedən yolu kəsilməyəcək”.

Son xəbərlər

Orphus sistemi