Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) müstəşarı Hakan Fidan Azərbaycanda səfərdədir.
"Report"un məlumatına görə, səfərdə məqsəd Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 18-ci iclasında iştirak etməkdir.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclas iştirakçılarını, o cümlədən Türkiyə MİT-inin rəhbərini qəbul edib.
Hakan Fidan qəbulda çıxış edib.