Türkiyə XİN: "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir"

Xarici siyasət
  • 15 iyun, 2022
  • 10:32
Türkiyə XİN: Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir

"Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər can Azərbaycanla yaxın işbirliyi çərçivəsində həyata keçirilməkdədir".

"Report"un xəbərinə görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O vurğulayıb ki, bu gün Türkiyə diplomatları dünyanın hər yerində Türkiyə ilə yanaşı, Azərbaycanın da hüquqlarının müdafiəsinin qürurunu yaşayır: "Qarabağ zəfəri sadəcə Azərbaycanın torpaqlarına qovuşması, öz yurdlarından məcburi köçkün düşənlərin yenidən doğma torpaqlarına qovuşması mənasına gəlmir. Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir".

44 filmi