Yuxarı

Türkiyə səfirliyi parlament seçkiləri ilə bağlı vətəndaşlarına müraciət edib

Seçicilər siyahısına daxil edilməyən vətəndaşlar konsulluq xidmətinə müraciət etməlidirlər

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar öz vətəndaşlarına müraciət edib. 

"Report" səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 17-də Türkiyənin ali seçki orqanının saytında xaricdə yaşayan və səs hüququna malik olan vətəndaşların adları dərc olunacaq.

"Öz adlarını siyahıda tapa bilməyən vətəndaşlar martın 27-də saat 17-00-dək (Türkiyə vaxtı ilə) öz adlarının seçici siyahılarına daxil eilməsi üçün konsulluq şöbəsinə müraciət etməlidirlər", - müraciətdə deyilir.

Vətəndaşlar həmçinin bu məsələ ilə bağlı Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluğuna müraciət edə bilərlər.

Türkiyənin Naxçıvandakı baş konsulluğundan bildiriblər ki, diplomatik nümayəndəlikdə səsvermə mayın 31-də yerli vaxtla saat 10.00-dan 19.00-a qədər keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi