Türkiyə səfiri: "Azərbaycan xalqının azadlıq savaşı Vətən müharibəsində Zəfərlə yekunlaşdı"

Türkiyə səfiri: "Azərbaycan xalqının azadlıq savaşı Vətən müharibəsində Zəfərlə yekunlaşdı" "1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlər Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda orta qoyduğu qəhrəmanlıq savaşı idi. Qanlı yanvar hadisələri sovetlər birliyinin süqutunun müjdəçisi oldu". “Report”un yerli büro
Xarici siyasət
20 Yanvar , 2022 16:54
Türkiyə səfiri: Azərbaycan xalqının azadlıq savaşı Vətən müharibəsində Zəfərlə yekunlaşdı
0 : 00
0 : 00
"1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlər Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda orta qoyduğu qəhrəmanlıq savaşı idi. Qanlı yanvar hadisələri sovetlər birliyinin süqutunun müjdəçisi oldu".
 

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında deyib.

 
Onun sözlərinə görə, 32 il öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə başlanan mücadilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfərlə yekunlaşdı: "Türkiyə azərbaycanlı qardaşlarının mücadiləsi və Zəfəri ilə qürur duyur. Türk xalqının bütün şəhidlərinin xatirələrini minnətdarlıq və qürur hissi ilə anırıq. Onların qəhrəmanlıqları hər gün xatırlanmalıdır. Şəhidlərin əziz xatirələri önündə baş əyirik və ailələrinə səbr diləyirik".

Son xəbərlər

Orphus sistemi