Türkiyə naziri: “Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək” - EKSKLÜZİV

Türkiyə naziri: “Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək” - EKSKLÜZİV Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib
Xarici siyasət
24 May , 2021 08:30
Türkiyə naziri: “Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək” - EKSKLÜZİV
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”.

Bunu “Report”un yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib:

Mehmet Nuri Ersoy
Mehmet Nuri Ersoy

“Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin restavrasiyası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək”.

Son xəbərlər

Orphus sistemi