Yuxarı
    Bağlamaq

    Türkiyə baş nazirinin müavini: "Dövlət çevrilişi cəhdində iştirak edənlərlə bağlı istintaq dekabrda yekunlaşa bilər"

    Numan Kurtulmuş: Təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələləri Türkiyə üçün həmişə prioritetdir

    Bakı. 12 noyabr. REPORT.AZ/ İyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edənlərlə bağlı istintaq dekabrda yekunlaşa bilər.

    "Report"un "Anadolu" agentliyə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirin müavini Numan Kurtulmuş deyib.

    Onun sözlərinə görə, Türkiyə məhkəmə orqanları 2017-ci ilin əvvəlindən çevriliş cəhdində iştirak edənlərin işinə baxa bilər.

    O vurğulayıb ki, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələləri Türkiyə dövləti üçün həmişə prioritet məsələ olaraq qalmaqdadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi