​Sabah Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü keçiriləcək

​Sabah Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü keçiriləcək İlk üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib
Xarici siyasət
27 Avqust , 2015 16:09
​Sabah Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü keçiriləcək

Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin Antalyada üçtərəfli toplantısı olacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Məlumata görə, görüş avqustun 28-də keçiriləcək. Toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov deyib ki, sabahkı yığıncaqda əsasən üç dövlətin enerji sahəsində əməkdaşlığının reallaşması məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, ilk üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda, ikinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda keçirilib.  

Son xəbərlər

Orphus sistemi