Türk Şurası ölkələri COVID-19 üzrə ümumi monitorinq sistemi yaradır

Türk Şurası ölkələri COVID-19 üzrə ümumi monitorinq sistemi yaradır Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələri COVID-19 pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin inkişafını monitorinq etmək üçün ümumi sistem yaradacaq.
Xarici siyasət
11 İyun , 2020 10:46
Türk Şurası ölkələri COVID-19 üzrə ümumi monitorinq sistemi yaradır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələri COVID-19 pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin inkişafını monitorinq etmək üçün ümumi sistem yaradacaq.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Türk Şurası ölkələri onlayn rejimdə təşkilat yanında səhiyyə üzrə Koordinasiya Komitəsinin ilk iclasını keçirib. “COVID-19-a qarşı mübarizədə ölkələr arasında ümumi məlumat bazası və epidemioloji monitorinq sisteminin yaradılması qərara alınıb”, - məlumatda deyilir.

Şura iştirakçıları üzv və müşahidəçi ölkələrin tibb mütəxəssisləri üçün onlayn təlimlərin, tibb işçilərinin potensialının artırılması üzrə proqramların, həmçinin videokonfrans şəklində beynəlxalq elmi-praktik tədbirlərin keçirilməsinə razılıq veriblər.

“Danışıqlarda tibbi avadanlıqların, dərman preparatlarının, birdəfəlik məhsulların təchizatı üzrə fəaliyyətin əlaqələndirilməsini, səhiyyə infrastrukturuna investisiya cəlb edilməsini, innovativ İT sistemlərin işlənib hazırlanmasını, habelə yeni müasir xəstəxanalar tikilməsini asanlaşdıracaq “Təchizat Zənciri Qrupu”nun strukturu da təsdiq edilib”, - Özbəkistan XİN bildirib.

Qeyd edək ki, 2009-cu ilin oktyabrında yaradılan Türk Şurası müasir türk dövlətlərini birləşdirən beynəlxalq qurumdur, onun əsas məqsədi bu dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Şuranın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Macarıstan müşahidəçi qismində iştirak edir.

Son xəbərlər

Orphus sistemi