Bakı. 18 dekabr. REPORT.AZ/ Türkdilli ölkələr türk cəmiyyəti üçün vahid media mərkəzi yarada bilər. "Report" xəbər verir ki, bu barədə türkdilli dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov TÜRKSOY üzv ölkələrinin UNESCO məsələləri üzrə milli komissiya və komitələrin nümayəndələrinin V iclasında bildirib.
O qeyd edib ki, ölkələr arasında mövcud əlaqələrin möhkəmləndirilməsi məqsədilə türk cəmiyyəti üçün media mərkəzin yaradılmasını təklif edib.
J.Asanov xatırladıb ki, bu ildən Azərbaycan türkdilli dövlətlərin Parlament Assambleyasında nümayəndəliyi qəbul edib. O qeyd edib ki, gələn ildən TürkPA bu ideyanın inkişafı üzərində işə başlayacaq.