Tokioda Azərbaycan, erməni və gürcü ekspertləri Yaponiya ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Xarici siyasət
  • 10 noyabr, 2026
  • 13:42
Tokioda Azərbaycan, erməni və gürcü ekspertləri Yaponiya ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri "Yaponiyanın və Cənubi Qafqaz regionunun geosiyasi perspektivləri" mövzusunda dəyirmi masada iştirak ediblər.

"Report" tədbirin təşkilatçısı olan Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş oktyabrın 28-dən 30-dək keçirilən Cənubi Qafqaz ölkələrindən ekspertlərin dəvəti proqramı çərçivəsində oktyabrın 29-da Tokioda baş tutub.

Qurumun məlumatına görə, proqram strateji geosiyasi əhəmiyyətə malik olan Cənubi Qafqazın sabitliyinə və müstəqil inkişafına dəstək verməyə, eləcə də Yaponiyanın region ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsinə yönəlib.

Xəbər yenilənir

44 filmi