Timor-Leste Prezidenti: “Qlobal çağırışları nəzərə alsaq, Bakı forumunun keçirilməsi yerinə düşdü”

Xarici siyasət
  • 09 mart, 2023
  • 06:56
Timor-Leste Prezidenti: “Qlobal çağırışları nəzərə alsaq, Bakı forumunun keçirilməsi yerinə düşdü”

“Qlobal çətinlikləri və çağırışları nəzərə alsaq, Bakı forumunun keçirilməsi çox yerinə düşdü”.

"Report" xəbər verir ki, bunu Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta X Qlobal Bakı Forumunun açılışında deyib.

Onun sözlərinə görə, onları həll etmək üçün dünya ölkələri birlikdə çalışmalıdır.

“Problemləri və çağırışları həll etmək üçün səylərimizi davam etdirməliyik”, - o əlavə edib.