“The Time of Israel”: Azərbaycanın təcrübəsi qadın liderlərə sahib olmağın üstünlüklərini nümayiş etdirir

“The Time of Israel”: Azərbaycanın təcrübəsi qadın liderlərə sahib olmağın üstünlüklərini nümayiş etdirir “Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan öz-özlüyündə qadın bərabərliyi ilə bağlı inanılmaz paradiqmanı təmsil edir"
Xarici siyasət
16 Mart , 2021 14:31
“The Time of Israel”: Azərbaycanın təcrübəsi qadın liderlərə sahib olmağın üstünlüklərini nümayiş etdirir

“Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan öz-özlüyündə qadın bərabərliyi ilə bağlı inanılmaz paradiqmanı təmsil edir. Axı bu ölkə 1919-cu ildə qadınlara səs vermək hüququ verən ilk İslam ölkəsidir, hətta ABŞ-dan belə daha tez bu addımı atıblar”.

“Report” xəbər verir ki, bu barədə “The Time of Israel” nəşrində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycanda hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəri qadın liderlərin ictimaiyyət arasında çox populyar olduğu və qərar qəbuletmədə və siyasətdə bilavasitə iştirak etdiyi “rəngarəng” cəmiyyət mövcud olub.

Ölkənin siyasi həyatında fəal iştirak edən qadınlar kimi birinci vitse-prezident və birinci xanım Mehriban Əliyevanın və parlamentin sədri Sahibə Qafarovanın rolu xüsusilə vurğulanıb.

“Bu gün müasir Azərbaycanın ən görkəmli qadın liderləri birinci vitse-prezident və birinci xanım Mehriban Əliyeva, habelə parlamentin sədri Sahibə Qafarovadır. İxtisasca həkim olan Mehriban Əliyeva Azərbaycanın mədəni müxtəliflik və dini tolerantlıq ənənələrinə sıx bağlılığını nümayiş etdirir, gənc qadınların təhsilinə xüsusi diqqət yetirir və müsəlmanların çoxluq təşkil etdiyi cəmiyyətdə qadınların rolunu genişləndirməyə yönəlmiş islahatlara rəhbərlik edir”, - məqalədə deylir.

Həmçinin vurğulanıb ki, dünyada qadınların rolu artdıqca İsrail və Azərbaycan təcrübəsi şərqdən qərbə qadın liderlərin olmasının zəruriliyini və faydalarını nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi