Tel-Əvivdə terror aktında ölənlərdən biri vaxtilə Azərbaycandan İsrailə köçən şəxsdir

Tel-Əvivdə terror aktında ölənlərdən biri vaxtilə Azərbaycandan İsrailə köçən şəxsdir O, sabah Aşkelonda dəfn olunacaq
Xarici siyasət
9 İyun , 2016 14:38
Tel-Əvivdə terror aktında ölənlərdən biri vaxtilə Azərbaycandan İsrailə köçən şəxsdir

Bakı. 9 iyun. REPORT.AZ./ Tel-Əvivin mərkəzində terror aktında ölənlərdən biri vaxtilə Azərbaycandan İsrailə köçən şəxsdir.

"Report" "Izrus"a istinadən xəbər verir ki, Tel-Əvivdə terror aktında ölən 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl valideynləri ilə Azərbaycandan İsrailə köçüb. 

O, sabah Aşkelonda dəfn olunacaq.

Xatırladaq ki, bu gecə Tel-Əvivin mərkəzində  silahlı şəxslər yoldan keçənlərə atəş açıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub, ən azı 4 nəfər yaralanıb. Polis hücum edən şəxslərdən ikisini saxlayıb, onlardan biri xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi