Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq

Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 25-də Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL-a məxsus təyyarənin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar başsağlığı kitabı açır.
Xarici siyasət
26 Dekabr , 2024 11:45
Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq

Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 25-də Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL-a məxsus təyyarənin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar başsağlığı kitabı açır.

“Report”xəbər verir ki, Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı dekabrın 26-da saat 13:00-dan 18:00-dək və dekabrın 27-də saat 10:00-13:00 və 15:00-18:00 arası açıq olacaq.

Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada [email protected] ünvanına da göndərmək mümkün olacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi