Tbilisidə AXC-nin elan olunduğu tarixi binada azərbaycanlı gənclərlə görüş keçirilib

Tbilisidə AXC-nin elan olunduğu tarixi binada azərbaycanlı gənclərlə görüş keçirilib
Xarici siyasət
29 May , 2018 15:25
Tbilisidə AXC-nin elan olunduğu tarixi binada azərbaycanlı gənclərlə görüş keçirilib
Report
0 : 00
0 : 00

Tbilisi. 29 may. REPORT.AZ/ Bu gün Tbilisidəki "Gənclər sarayı"nda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstan nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkil etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni canlı ifa olunub.

Səfir Dursun Həsənov bildirib ki, yüz il bundan əvvəl bu binada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Azərbaycan gənclərinin bu tarixi binada toplaşması, AXC qurucularını yad etmələri dövlətçilik tarixinə verdikləri qiymətin bariz nümunəsidir.

Diplomat daha sonra əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danişıb. Bildirib ki, ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin sosial siyasi həyatı, təhsil və digər məsələlərlə bağlı bir sıra fərman, sərəncam və qanunlar imzalayıb.

Dursun Həsənov Gurcüstanda yaşayan azərbaycanlı gənclərin də bu siyasətdən bəhrələndiklərini bildirib. Diplomat Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsil haqlarını ödədiklərini də xüsusi qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirin təşkilində göstərdiyi köməkliyə görə Azərbaycan səfirliyinə və SOCAR-ın Gürcüstan nümayəndəliyinə təşəkkür edib. O, AXC-nin yaranması, süqutu və muasir dövlətçilik tariximizdəki rolu barədə məlumat verib. Azərbaycan Prezidentinin gənclərə daim diqqət və qayğı göstərdiyini xüsusi qeyd edib.

Tarixçi-alim Solmaz Rüstəmova Tohidi Azərbaycanın qədim tarixi, dövlətçiliyinin keçdiyi çətin və şərəfli yol, xalqın müstəqillik mübarizəsi barədə geniş məruzəylə çıxış edib.

Xatırladaq ki, tədbirdə Azərbaycan Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü də iştirak edib. Onlar tədbirdən öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının mıəzarlarını ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi