Azərbaycanın neft-qaz sektorunun yaradıcılarından olan polşalı geoloq haqqında kitab hazırlanıb

Azərbaycanın neft-qaz sektorunun yaradıcılarından olan polşalı geoloq haqqında kitab hazırlanıb Milli Azərbaycan Tarixi Muzeyində geoloq, “Polşalı Nobel” adlandırılan Vitold Zqlenitski haqqında Azərbaycan və ingilis dillərində kitabın təqdimatı keçirilib.
Xarici siyasət
20 Fevral , 2024 16:49
Azərbaycanın neft-qaz sektorunun yaradıcılarından olan polşalı geoloq haqqında kitab hazırlanıb

Milli Azərbaycan Tarixi Muzeyində geoloq, “Polşalı Nobel” adlandırılan Vitold Zqlenitski haqqında Azərbaycan və ingilis dillərində kitabın təqdimatı keçirilib.

“Report” xəbər verir ki, Ancey Hobunskinin kitabı Azərbaycanda neft-qaz sənayesinin yaradılmasında böyük xidmətləri olan bu polşalı geoloq və ixtiraçının həyatından bəhs edir.

“Bakı neftinin atası” kimi tanınan görkəmli polşalı geoloqun fəaliyyətindən bəhs edən kitabı Azərbaycan dilinə tərcümə edən Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Səttarova öz təşəkkürümü bildirirəm. Zqlenitskinin həyatı və nailiyyətləri yalnız geologiya və dağ-mədən sahəsi ilə bağlı bir qrup mütəxəssisə məlumdur. O, eyni zamanda Bakıdakı Polşa icmasının fəal üzvü və Polşa-Azərbaycan münasibətlərində mühüm fiqur olub”, - Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.

Son xəbərlər

Orphus sistemi