Talqat Kaliyev: “Azərbaycan TDT-nin inkişaf üçün bir çox addımlar atır”

Talqat Kaliyev: “Azərbaycan TDT-nin inkişaf üçün bir çox addımlar atır” "Türk Dövlətləri Təşkilatının (TDT) inkişafında Azərbaycanın rolu, şübhəsiz ki, çox böyükdür".
Xarici siyasət
11 Sentyabr , 2023 11:12
Talqat Kaliyev: “Azərbaycan TDT-nin inkişaf üçün bir çox addımlar atır”

"Türk Dövlətləri Təşkilatının (TDT) inkişafında Azərbaycanın rolu şübhəsiz ki, çox böyükdür".

Bunu "Report"a açıqlamasında politoloq, Qazaxıstan Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.

“Bu, həm türk dünyasının mərkəzində yerləşən Azərbaycanın coğrafi mövqeyi, həm də türk vektoruna mütləq üstünlük verən Prezident İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır. Eyni zamanda, o, təşkilata üzv olan bütün ölkələrin başçıları ilə sıx əlaqə saxlayır və türk əməkdaşlığının inkişafına böyük töhfə verir”, - o bildirib.

Politoloqun sözlərinə görə, TDT təşkilata daxil olan ölkələrin iqtisadiyyat və mədəniyyətlərini bir-birinə yaxınlaşdırmaqla bağlı yeni qərarların qəbul edildiyi daimi fəaliyyət platforması rolunu oynayır: “Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyədə qarşılıqlı etimad var. Hər bir dövlətin bundan istifadə etməsinə çalışılmalıdır”.

T.Kaliyev Orta Dəhlizin TDT-nin iştirakçısı olan dövlətlər üçün roluna da toxunub: “Orta Dəhliz ölkələr arasında texnologiyaların, məhsulların, xidmətlərin mübadiləsinə və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa kömək edən mühüm layihəyə çevriləcək. Bu isə öz növbəsində daha böyük inteqrasiyaya töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi