Tailand nümayəndəsi: Korrupsiya mürəkkəb mexanizmlərə malik olan böyük problemdir
- 20 may, 2025
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaricdən aktivlərin qaytarılması problemini həll etmək üçün ölkələr arasında əməkdaşlıq korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli aspektdir.
“Report” xəbər verir ki, Tailandın Korrupsiyaya qarşı Milli Mübarizə Komissiyasının İdarəsinin nümayəndəsi Sornçay Çouviçean (Sornchai Choowichean) Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin ("GlobE Network") altıncı plenar sessiyasında jurnalistlərə bildirib.
"Korrupsiya böyük problemdir və mürəkkəb mexanizmə malikdir, məsələn, aktivlərin xaricə köçürülməsi. Buna görə də belə aktivlərin qaytarılması sahəsində əməkdaşlıq beynəlxalq kontekstdə çox vacibdir", - o deyib və keçirilən sessiyanın mühüm rolunu qeyd edərək onun korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq üçün faydasını vurğulayıb.