Taha Ayhan: “İslamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir”

Taha Ayhan: “İslamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir” “İslamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir”.
Xarici siyasət
15 Mart , 2023 12:26
Taha Ayhan: “İslamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir”
Taha Ayhan

“İslamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir”.

“Report”un xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Qurum rəsmisinin sözlərinə görə, islamofobiya həm çətin, həm də vacib mövzudur:

“Təəssüf ki, əsasən də Avropa ölkələrində islamofobiya və irqçilik get-gedə böyüməkdə olan bir fenomendir. Qərb ölkələrində islamofobiyanın artması fonunda bu yaxınlarda İsveçdə Quran kitabının yandırılması məsələsini diqqətdə saxlamaq istəyirəm. Bu hadisə dünyanın xeyli ölkəsində çox pis qarşılanıb və bir sıra beynəlxalq mexanizmin işə düşməsinə gətirib çıxarıb”.

Onun sözlərinə görə, islamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir:

“İnsanlara başa salınmalıdır ki, islamofobiya ksenofobiyanın bir növüdür və ksenofobiya insanlıq adına böyük bir cinayətdir”.

“Düşünürəm ki, dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar da islamofobiya ilə mübarizədə öz dəstəyini verməlidir” -, T. Ayhan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi