Sudanın Suveren Keçid Şurasının Sədrinin Azərbaycana səfəri başa çatıb

Xarici siyasət
  • 26 oktyabr, 2019
  • 18:17
Sudanın Suveren Keçid Şurasının Sədrinin Azərbaycana səfəri başa çatıb

Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Azərbaycana səfəri oktyabrın 26-da başa çatıb.

"Report" xəbər verir ki, Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.