Yuxarı
    Bağlamaq

    Stokholmdakı terror aktı qurbanlarının xatirəsinə Bakıda İsveçin dövlət bayrağı endirilib

    Bayraq saat 14:00-dək endirilib

    Bakı. 10 aprel. REPORT.AZ/ İsveç paytaxtı Stokholmda aprelin 7-də törədilmiş terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

    İsveçin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bayraq İsveçdə terror hücumu qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut elan olunacaq ana qədər - saat 14:00-dək endirilib.

    Xatırladaq ki, aprelin 7-də İŞİD terror qruplaşmasına qatılmış terrorçu Stokholmun mərkəzi meydanında yük maşınını insan izdihamının üstünə sürüb. Nəticədə 4 nəfər həlak olub, onlarla adam yaralanıb. Hücumu törətməkdə Özbəkistan vətəndaşı şübhəli bilinir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi