Stanislav Pritçin: “3+3” formatı regiondakı yeni reallıqlara cavab verir”

Stanislav Pritçin: “3+3” formatı regiondakı yeni reallıqlara cavab verir” “3+3” platforması bir çox cəhətdən Cənubi Qafqazın regional və digər əsas oyunçularına onlar üçün əhəmiyyətli olan məsələləri birgə həll etməyə imkan verəcək"
Xarici siyasət
11 Dekabr , 2021 12:31
Stanislav Pritçin: “3+3” formatı regiondakı yeni reallıqlara cavab verir”

"Cənubi Qafqazın regional və digər əsas oyunçularına “3+3” platforması bir çox cəhətdən onlar üçün əhəmiyyətli olan məsələləri birgə həll etməyə imkan verəcək".

Bu barədə “Report”a Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.

O deyib ki, “3+3” formatı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda yaranmış yeni reallıqlara tam olaraq cavab verir: "Azərbaycan və Ermənistan arasında atəşkəs bəyanatının həyata keçirilməsinin mühüm hissəsi nəqliyyat kommunikasiyalarının bərpasıdır. Sual yaranır: bəs bütün bu prosesləri necə əlaqələndirmək olar? Açılması planlaşdırılan kommunikasiyalar həm Türkiyəyə, həm də İrana aid olacaq. Ona görə də bu platforma çox faydalıdır”.

 S.Pritçin qeyd edib ki, indi müzakirələr Gürcüstanın iştirakı olmadan aparılır, lakin tezliklə bu platforma sayəsində Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşsa, nəqliyyat dəhlizləri açılsa və digər nəticələr görünsə, o zaman Gürcüstan bu platformadan kənarda qalmayacaq.

Son xəbərlər

Orphus sistemi