Yuxarı

Səməd Seyidov: “ABŞ-da Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsinin dəstək qazanacağına inanmıram”

“ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsini hazırlayan Rövşən Rzayevi başa düşürəm”

Bakı. 24 dekabr. REPORT.AZ/ “Azərbaycan Milli Məclisinin hər bir deputatının qanun layihəsini təqdimetmə hüququ var. Deputat Rövşən Rzayev də bu hüququndan istifadə edərək “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayıb”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, hələ ki, Milli Məclisdə bu qanun layihəsi ilə bağlı müzakirələr aparılmayıb: “Rövşən Rzayevi başa düşürəm. Çünki son zamanlar müxtəlif qurumlar, ölkələr insan haqları adından istifadə edərək, onu əllərində alət edib dövlətə təzyiqlər edir. Burada açıq-aydın anti-Azərbaycan, erməni lobbisinin səylərini görürük. Misal üçün, bu yaxınlarda ABŞ konqresmeni cənab Smitin təşəbbüsünü göstərə bilərik. Onun təqdim etdiyi layihənin müddəalarını oxusanız, görərsiniz ki, bu, böhtanlarla, iftiralarla zəngindir. Qanun layihəsi inanmıram ki, dəstək qazansın. Biz beynəlxalq təşkilatların insan haqlarından alət kimi istifadə etməsinin qəti əleyhinəyik. İnsan haqları ali bir dəyərdir. Buna Azərbaycanda xüsusi münasibət bəslənilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi