Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak və Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Slovakiyanın dövlət himnləri səsləndirilib.
Sonra səfirliyin açılışı mərasimi olub.
M.Layçakın deyib ki, səfirliyin açılması Azərbaycanla əlaqələri gücləndirəcək: "Azərbaycanın potensialını bilirdik, buna görə burada nümayəndəliyimizi açmaq qərarına gəldik. Əməkdaşlıq üçün bir çox sahə var - əczaçılıq, infrastruktur, dəmir yolu, turizm və s.".
Qeyd edək ki, Slovakiyanın Azərbaycandakı səfirliyi bu il oktyabrın 1-dən fəaliyyətə başlayıb.